AXCP Müsavat Partiyasını hakimiyyətlə separat danışıqlarda ittiham edib

AXCP Müsavat Partiyasını hakimiyyətlə separat danışıqlarda ittiham edib
# 07 yanvar 2014 09:39 (UTC +04:00)

Müsavat Partiyası da bu şərti yerinə yetirməklə məşğuldur. Əgər belə deyilsə, buyurub açıqlasınlar ki, hansı əsasa görə, Milli Şuranı tərk etdilər? Necə oldu ki, indiyədək Rüstəm İbrahimbəyovun fəxri sədrliyini əsas gətirib, buna görə Milli Şuradan ayrılacaqlarını bəyan edirdilər, Rüstəm İbrahimbəyov fəxri sədrlikdən getdikdən sonra da eyni qərarı verirlər. Deməli, bütün bunlar bəhanə idi və məqsəd hakimiyyətlə separat danışıqlara gedib, hansısa xüsusi korporativ maraqları təmin etmək müqabilində müxalifətin ən böyük birliyini dağıtmaq olub”.

Bunu APA-ya açıqlamasında Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Fuad Qəhrəmanlı Müsavat Partiyasının Milli Şuradan ayrılmaqla bağlı qəbul etdiyi qərara münasibət bildirərkən deyib.

F. Qəhrəmanlı bildirib ki, Müsavat Partiyasının qərarı təəssüf doğurur. Onun sözlərinə görə, Müsavat Partiyasının Milli Şuradan ayrılmaq qərarı onu göstərir ki, partiyanın indiyə qədər söylədikləri məhz bəhanə olaraq ortaya atılmış iddialar olub: “Deməli, burda Müsavat Partiyasının rəhbərliyinə aid olan məqsədlər var. Bu, Müsavatın siyasi kursunun dəyişməsi anlamına gəlir. Çünki Milli Şura real müxalifətin birliyi kimi fəaliyyət göstərirdi. Milli Şuranın rəhbərliyi ilə bağlı ortada hər hansı fikir ayrılığı olmadan Müsavat Partiyasının bu qurumu tərk etməsi artıq Müsavat rəhbərliyində təmsil olunan şəxslərin praqmatik və korporativ maraqları ilə bağlı qərar hesab oluna bilər. Düşünürəm ki, bu qərar cəmiyyətdə deyil, eyni zamanda Müsavat Partiyasının daxilində də ciddi narazılıqlara səbəb olacaq”.

F. Qəhrəmanlı qeyd edib ki, Müsavat Partiyasının Milli Şuranı tərk etməsi ilə qurum zəifləməyəcək, əksinə güclənəcək: “Son aylar Müsavat Milli Şurada olduğu halda, quruma qarşı əks təbliğat aparmaqla məşğul idi. Əks təbliğat aparan qüvvə Milli Şuradan kənarlaşdıqdan sonra isə bu, Milli Şuranın daxili problemlər olmadan, ciddi şəkildə fəaliyyət göstərməsinə zəmin yaradacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR