Azərbaycan elektrik enerjisi istehsalını artırıb

Azərbaycan elektrik enerjisi istehsalını artırıb
# 08 yanvar 2014 10:25 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Ötən ilin dekabr ayında Azərbaycanda 2,2 mlrd. kVt/saatdan artıq elektrik enerjisi istehsal edilib.

«Azərenerji» ASC-dən «APA-Economics»ə verilən məlumata görə, bu, 2012-ci ilin dekabr ayına nisbətən 4,8% çoxdur.

Ötən il ərzində isə Azərbaycanın enerji sistemində ümumilikdə 21,5 mlrd. kVt/saatdan çox elektrik enerjisi istehsal edilib. İllik müqayisədə ölkədə elektrik enerjisi istehsalı 0,9% artıb.

Bununla yanaşı, il ərzində ölkə enerji sisteminin əlaqəsi olan qonşu dövlətlərlə elektrik enerjisi mübadiləsi davam etdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR