Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət açıqlanıb

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət açıqlanıb
# 28 iyun 2013 10:07 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 40-140, Kiçik Qafqaz çaylarında 80-90, Lənkəran-Astara bölgəsi çaylarında 80-250, Naxçıvan MR çaylarında isə 30 faizini təşkil edir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən xəbərə görə, iyunun 28-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 6 sm azalma qeydə alınıb. Hazırda məntəqədə su sərfi 85,0 m3/s olmaqla, ongünlük normanın 21 %-ni təşkil edir. Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 8 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 127 m3/s olmaqla, ongünlük normanın 77 %-ni təşkil edir.

İyunun 28-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Şirvan məntəqəsində 8 sm, Bankədə 2 sm, Araz çayının Novruzlu məntəqəsində 10 sm azalma, lakin Surrada 9 sm artım qeydə alınıb, Salyanda isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR