Bakıda "ZİL" markalı yük maşını yanıb, sürücü xəstəxanaya yerləşdirilib

Bakıda "ZİL" markalı yük maşını yanıb, sürücü xəstəxanaya yerləşdirilib
# 17 iyun 2014 17:14 (UTC +04:00)

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN_ saytına istinadən verdiyi xəbərə görə, yanğın Qaradağ rayonunda vətəndaşa məxsus "ZİL" markalı yük avtomobilində baş verib. Nəticədə avtomobilin təkərləri və salon hissəsi yanıb. Yanğın zamanı avtomobilin sürücüsü yanıq xəsarətləri ilə Təcili Tibbi Yardım Xidməti tərəfindən 5 saylı Yanıq Mərkəzinə aparılıb. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR