Volqoqradda terror aktı nəticəsində yaralananlar arasında azərbaycanlı da var - YENİLƏNİB

Volqoqradda terror aktı nəticəsində yaralananlar arasında azərbaycanlı da var - <span style="color: red;">YENİLƏNİB
# 21 oktyabr 2013 21:06 (UTC +04:00)

APA-nın Rusiya bürosunun xəbərinə görə, bu barədə Volqoqrad vilayəti qubernatoru və hökumətinin rəsmi internet səhifəsində məlumat yer alıb.

Saytda yaralanan 28 nəfərin adları yerləşdirilib. Yaralılar arasında milliyyətcə azərbaycanlı, 1997-ci il təvəllüdlü Əliyev Nail Naib oğlunun olduğu bildirilir.

Qeyd edək ki, hadisə bu gün Moskva vaxtı ilə saat 14.45-də “Lesobaza” dayanacağı yaxınlığında baş verib. Partlayış nəticəsində 6 nəfər ölüb, 28 nəfər yaralanıb. “LiAZ” markalı avtobusda ümumilikdə 40-a yaxın adam olub.

Rusiya hüquq-mühafizə orqanları sərnişin avtobusunda baş vermiş partlayışın Mahaçqala sakini Naidə Asiyalovanın törətdiyi barədə məlumat yayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR