İran Xəzərdə hərbi baza yaradır

İran Xəzərdə hərbi baza yaradır
# 02 oktyabr 2013 08:51 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İran Xəzər dənizində hərbi baza yaradır. APA-nın İRİB-ə istinadən verdiyi məlumata görə, bunu İran Hərbi Dəniz Qüvvələrinin komandanı, kontr-admiral Həbibullah Səyyari bildirib.

H. Səyyari deyib ki, ölkənin cənubunda İran ordusu və İran İslam İnqilabı Keşikçilər Korpusuna (SEPAH) məxsus “Xatəm-ül-Ənbiya-1” və “Xatəm-ül-Ənbiya-2” dəniz qərargahları yaradılır. Onun sözlərinə görə, İran beynəlxalq və öz ərazi sularında tam informasiyaya malikdir: “Biz öz manevrlərimizdə də müdafiə qabiliyyətlərimizi şəffaf və aydın surətdə təqdim etdik. Eyni zamanda, biz region ölkələrinə qarşılıqlı əməkdaşlıq yolu ilə təhlükəsizliyi bərpa edə biləcəklərini, həmçinin bölgədə başqalarının iştirakına heç bir ehtiyac olmadığını bildirdik. Çünki xarici qüvvələr regionda qeyri-stabil vəziyyətin yaranmasına səbəb olurlar və onların kənara çəkilmələri bölgədə təhlükəsizliyin bərpa edilməsinə yardım göstərə bilər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR