ABŞ federal hökumətinin büdcə kəsiri 2026-cı maliyyə ilində 12 faiz artaraq 1,99 trilyon dollara çatıb.
APA xəbər verir ki, bu, son beş ilin ən yüksək göstəricisidir.
ABŞ Maliyyə Nazirliyinin məlumatına görə, 2025-ci il oktyabrın 1-dən 2026-cı il sentyabrın 30-dək federal hökumətin gəlirləri 3 faiz artaraq 5,4 trilyon dollara, xərcləri isə 6 faiz yüksələrək 7,4 trilyon dollara çatıb.
Hökumətin borc üzrə ümumi faiz ödənişləri 1,22 trilyon dollardan 1,36 trilyon dollara yüksəlib. Xalis faiz xərcləri isə 1 trilyon dolları ötüb.
Qeyd edək ki, ABŞ-də daha böyük büdcə kəsiri sonuncu dəfə “COVID-19” pandemiyası dövründə - 2021-ci ildə qeydə alınıb. Həmin il kəsir 2,77 trilyon dollar təşkil edib.