ABŞ Prezidenti Donald Tramp federal hökumətin terminologiyasında “süni intellekt” ifadəsinin “superintellekt” termini ilə əvəzlənməsi barədə sərəncam imzalayıb.
Ağ Evin yaydığı sənədə əsasən, federal hökumətin istifadə etdiyi terminologiyanın bu texnologiyaların imkanlarını daha dəqiq əks etdirməli olduğu bildirilir.
Sərəncama əsasən, ABŞ dövlət qurumlarına qanunvericiliyin imkan verdiyi çərçivədə rəsmi yazışmalarda, ictimai açıqlamalarda, internet saytlarında, hesabatlarda və qanunvericilik aktı olmayan digər sənədlərdə “superintellekt” terminindən istifadə etmək tapşırılıb.
Sənəd artıq qüvvədə olan və “süni intellekt” ifadəsinin yer aldığı normativ aktların dəyişdirilməsini tələb etmir.