Bank Of Baku

İraqda elektrik stansiyasında yanğın zamanı yaralananların sayı artıb

İraqda elektrik stansiyasında yanğın zamanı yaralananların sayı artıb
# 22 noyabr 2026 09:04 (UTC +04:00)

İraqın Bəsrə şəhərində yerləşən Hartha elektrik stansiyasında baş verən yanğın nəticəsində yaralananların sayı 35-ə çatıb.

APA xəbər verir ki, bu barədə “Al Jazeera” məlumat yayıb.

Bundan əvvəl hadisə nəticəsində 30 nəfərin yaralandığı bildirilmişdi.

Yanğın zamanı 4 nəfər həyatını itirib.

Məlumata görə, alov yaxınlıqdakı yaşayış evlərinə də yayılıb.

İraqın təhlükəsizlik rəsmilərinin məlumatına görə, yaralananların əksəriyyəti elektrik stansiyasının yaxınlığındakı evlərin sakinləridir. Onlar müxtəlif dərəcəli yanıq xəsarətləri alıb və tüstüdən zəhərləniblər.

Yanğın söndürülüb, hadisənin səbəbləri araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR