Bank Of Baku

Ağ Evə buraxılmayan CNN və digər media qurumları Trampı məhkəməyə verəcək

ABŞ Prezidenti Donald Tramp

© APA | ABŞ Prezidenti Donald Tramp

# 21 sentyabr 2026 15:40 (UTC +04:00)

CNN, “Politico” və MS NOW ABŞ Prezidenti Donald Trampı məhkəməyə verəcək.

APA xəbər verir ki, bu barədə sözügedən media qurumları bəyanat yayıb.

Buna Trampın yuxarıda qeyd oluanan media qurumlarının əməkdaşlarının Ağ Evə girişinə qadağa qoyması səbəb olub.

Bəyanatda qeyd olunub ki, Ağ Ev jurnalistlərin akkreditasiyasını xəbərdarlıq etmədən ləğv edib.

Qeyd edək ki, ABŞ Prezidenti CNN, “Politico” və MS NOW media qurumlarını saxta xəbər yaymaqda ittiham edərək, onların əməkdaşlarının Ağ Evə girişinə qadağa qoyub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR