Oktyabrda Ceyhan limanından neft nəqli 8% azalıb

Oktyabrda Ceyhan limanından neft nəqli 8% azalıb
# 05 noyabr 2015 14:10 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin oktyabr ayı ərzində 2 mln. 285 min 420 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb.

SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, bu, ötən ilin oktyabr ayı ilə müqayisədə 8,43% azdır.

Bu həcmin 1 mln. 440 min 540 tonunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun nefti təşkil edib.

Bu ilin yanvar-oktyabr aylarında Ceyhan limanından ixrac olunmuş neftin həcmi 23 mln. 967 min 398 ton təşkil edib. Bu, ötən 10 ayı ilə müqayisədə 2,55% azdır

Ümumiyyətlə, BTC istismara verilən gündən bu il noyabr ayının 1-ə qədər Ceyhan limanından 285 mln. 906 min 488 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR