Şabranda 62 yaşlı müəllimi maşın vuraraq öldürüb

Şabranda 62 yaşlı müəllimi maşın vuraraq öldürüb
# 03 dekabr 2014 07:02 (UTC +04:00)

APA-nın şimal bürosunun verdiyi məlumata görə, Şabran rayon sakini Süleymanov Kamran Nadir oğlu idarə etdiyi “Mercedes” markalı avtomaşınla yolu keçmək istəyən 62 yaşlı piyadanı vurub. Xəsarət alan şəxs Şabran Mərkəzi Rayon Xəstəxanasına çatdırılsa da, onu xilas etmək mümkün olmayıb. Dünyasını dəyişən şəxsin Şabran 2 saylı orta məktəbin fizika müəllimi Fikrət Əfəndi olduğu müəyyənləşib.

Faktla bağlı Şabran rayon Polis Şöbəsində araşdırmalar aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR