Bank Of Baku

"Amazon"un yük təyyarəsi Mayami hava limanı yaxınlığında qəzaya uğrayıb, 5 nəfər ölüb - YENİLƏNİB

"Amazon"un yük təyyarəsi Mayami hava limanı yaxınlığında qəzaya uğrayıb, 5 nəfər ölüb - YENİLƏNİB
# 07 sentyabr 2026 05:10 (UTC +04:00)

“Boeing 767” yük təyyarəsinin uçuş-enmə zolağından çıxması nəticəsində beş nəfər həlak olub.

APA xəbər verir ki, bu barədə Mayami-Deyd dairəsinin şerifi Rozi Kordero Stutz məlumat verib.

O bildirib ki, “Amazon Prime Air” reysi üzrə uçuşa hazırlaşan yük təyyarəsi uçuş-enmə zolağından çıxıb.

Qəza nəticəsində bir neçə nəfər xəsarət alıb və xəstəxanalara yerləşdirilib.

“Hazırda azı beş nəfərin öldüyünü təsdiqləyə bilərik”, - o bildirib.

***

22:58

"Amazon" şirkətinə məxsus “Boeing 767” yük təyyarəsi Mayami Beynəlxalq Hava Limanının yaxınlığındakı yolda qəzaya uğrayıb.

APA xəbər verir ki, bu barədə “New York Post” məlumat yayıb.

Təyyarə Puerto-Rikonun San-Xuan şəhərindən Mayamiyə uçub.

Qəzanın səbəbi və hadisənin tam miqyası hələlik məlum deyil.

Hakimiyyət orqanları ölən və yaralananların sayı barədə məlumat açıqlamayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR