«Türk Hava Yolları» aviaşirkəti Bakı-İstanbul aviareysinə biletlərin qiymətini endirib

«Türk Hava Yolları» aviaşirkəti Bakı-İstanbul aviareysinə biletlərin qiymətini endirib
# 07 fevral 2013 08:54 (UTC +04:00)

Azərbaycanın aparıcı turizm şirkətlərinin birindən «APA-Economics»ə verilən məlumata görə, «Türk Hava Yolları» şirkəti yeni endirim kampaniyasına start verib. Kampaniya çərçivəsində Bakıdan İstanbula və əks istiqamətdə bir aviabiletin qiyməti 110 manat təşkil edir. Kampaniya çərçivəsində alınan biletlər mayın 4-dən 31-dək yerinə yetirilən uçuşlara şamil edilir.

Turizm şirkətindən həmçinin bildirilib ki, sözügedən aviareys İstanbulun Sabiha Gökçen hava limanına yerinə yetirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR