Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri ucuzlaşıb

Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri ucuzlaşıb
# 15 iyul 2015 09:04 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin iyun ayında Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 5,7%, o cümlədən birillik və çoxillik bitkilərin uyğun olaraq 14,8% və 0,1% ucuzlaşıb.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, ötən ay diri heyvanlar və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri 0,3% bahalaşıb. Balıq və sair balıqçılıq məhsullarının istehsalçı qiymətləri 0,1% ucuzlaşıb.

Birillik bitkilərdən buğda, arpa, baş kələm, xiyar, pomidor, süfrə çuğunduru, baş sarımsaq, kartof, baş soğan, quru otun istehsalçı qiyməti ucuzlaşıb, yoncanın istehsalçı qiyməti isə bahalaşıb. Çoxillik bitkilərdən albalı, alça, gilas, çiyələyin istehsalçı qiyməti ucuzlaşıb.

Diri heyvanlar və heyvandarlıq məhsullarından qoyun və keçilərin qırxılmış yuyulmamış yununun, balın, mal, qoyun və donuz ətinin (diri çəkidə), südün, diri qoyun və keçilərin istehsalçı qiyməti ucuzlaşıb, diri ev quşlarının, quş ətinin (diri çəkidə), yumurtanın istehsalçı qiyməti isə bahalaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR