Azərbaycan - Avropa İttifaqı çərçivə sazişi Avropa Parlamentində müzakirə olunacaq

Azərbaycan - Avropa İttifaqı çərçivə sazişi Avropa Parlamentində müzakirə olunacaq
# 22 iyun 2016 08:26 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. Azərbaycan-Avropa İttifaqı çərçivə sazişi Avropa Parlamentinin iclasının gündəliyinə salınıb.

APA-nın qurumun saytına istinadən verdiyi xəbərə görə, iyulun 4-dən 7-dək Strasburqda Avropa Parlamentinin növbəti plenar sessiyası keçiriləcək.

Avropa İttifaqı-Azərbaycan çərçivə sazişi iyulun 6-da müzakirə olunacaq.

Qeyd edək ki, rumıniyalı parlamentar Nikolai Norikanın müəllifi olduğu “Aİ-Azərbaycan çərçivə sazişi: Azərbaycanın Aİ proqramlarında iştirakı ilə bağlı əsas prinsiplər” adlı sənəd iyunun 16-da plenar sessiyada müzakirə olunması üçün Xarici Əlaqələr Komitəsində oxunuşdan keçib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR