Müdafiə Nazirliyi: Dekabrın 15-18-də Ankarada 7-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli hərbi dialoq iclası keçiriləcək

Müdafiə Nazirliyi: Dekabrın 15-18-də Ankarada 7-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli hərbi dialoq iclası keçiriləcək
# 13 dekabr 2014 06:42 (UTC +04:00)

Dekabrın 15-dan 18-dək isə Ankara şəhərində (Türkiyə) 7-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq iclası baş tutacaq.

APA-nın Müdafiə Nazirliyinin saytına istinadın verdiyi məlumata görə, tədbirlərdə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.

Türkiyənin Milli Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, Yüksək Səviyyəli hərbi dialoq iclasında iki ölkə arasında hərbi sahədə əməkdaşlığın növbəti il üçün hədəfləri, hərbi, hərbi-texniki, hərbi təhsil sahəsində əməkdaşlıq imkanları və perspektivləri müzakirə ediləcək.

İclasda hər iki tərəfdən Silahlı Qüvvələrin ayrı-ayrı strukturlarının, həmçinin müdafiə sənayesinə məsul qurumların nümayəndələri iştirak edəcəklər.

Qeyd edək ki, Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoqu 2007-ci ildən etibarən, ildə bir dəfə olmaqla keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR