Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 3 Aprel - VİDEO

Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 3 Aprel - <span style="color: red;">VİDEO
# 03 aprel 2015 17:10 (UTC +04:00)

Bakı-APA. İranda iki il əvvəl keçirilən prezident seçkilərindən sonra əksəriyyət ölkənin xarici siyasətində ciddi dəyişiklik baş verməyəcəyini düşünürdü. Səbəb sadə idi, ölkənin siyasi sistemi prezidentə müstəqil xarici siyasət kursu yürütməyə imkan vermir. Amma seçkilərdən dərhal sonra ABŞ-la İran arasında “məktub diplomatiyası”nın başlaması hər kəsdə təəccüb doğurdu və bunu yeni prezidentin ayağına yazmağa başladılar. Proqnozlar isə pessimist idi - heç bir diplomatiya Qərb-İran münasibətlərini normallaşdırmağa qadir deyil, çünki tanqo tək oynanmır, burada hər iki tərəfin güzəştə getməsi vacibdir. Ötən iki ildə dünyada düzəni yenidən formalaşdıracaq proseslərin başlaması həm Qərbin, həm İranın marağına cavab verdi. “Böyük Ortadoğu Projesi”ni reallaşdırmağa başlayan ABŞ yaxın Şərqdə uzun illər davam edəcək xaos yaratmaqla uduşlu çıxdı, İran isə bu ssenaridəki boşluqlardan yararlanaraq İraq, Suriya, Bəhreyn və Yəməndə mövqelərini möhkəmləndirdi. Nəticədə Yaxın Şərqdə tərəzinin gözü tarazlaşıb, bu səbəbdən iki il əvvəl başlayan diplomatiyanın sonu nüvə proqramına dair razılaşma ilə nəticələndi. Bu sazişdə uduzan tərəf yoxdur, elə buna görə də həm Qərbdə, həm İranda razılaşmanın küçələrə çıxıb bayram edirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR