“Böyük siyasətin davamı - 7” kitabının təqdimatı keçirilib - FOTO

“Böyük siyasətin davamı - 7” kitabının təqdimatı keçirilib - <span style="color: red;">FOTO
# 18 may 2015 12:44 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Bu gün Azərbaycan Yazıçılar Birliyində (AYB) Milli Məclisin deputatı Xanhüseyn Kazımlının müəllifi olduğu “Böyük siyasətin davamı - 7” kitabının təqdimatı keçirilib.

APA-nın məlumatına görə, tədbirdə çıxış edən AYB-nin katibi Fikrət Qoca bildirib ki, əsərin ərsəyə gəlməsində müəllifin zəhməti çox böyükdür. O, X. Kazımlının ictimai-siyasi və ədəbi fəaliyyətini yüksək qiymətləndirdiyini deyib.

“Azərbaycan” jurnalının baş redaktorunun müavini Əhəd Cahangir deyib ki, kitab Azərbaycan prezidenti İlham Əliyevin siyasi fəaliyyətindən bəhs edir: “Kitab müxtəlif sahələrə aid fəsillərdən ibarətdir. Hesab edirəm ki, əsər gələcəkdə cənab prezidentimizin fəaliyyətinə həsr olunan kitablar üçün çox qiymətli bir mənbəyə çevriləcək”.

Milli Məclisin deputatı Hüseynbala Mirələmov da kitabın əhəmiyyətini qeyd edərək bildirib ki, kitabın bundan əvvəlki cildlərinin Gürcüstanın müxtəlif bölgələrində təqdimatı keçirilib: “Kitabdakı məlumatların doğruluğunu həm də bu gün ölkəmizin bütün sahələrində olan inkişaf sübut edir. Bu baxımdan belə əsərlərin vacibliyini nəzərə alaraq, nəşrinin davamlı olmasını arzu edirəm”.

Müəllif X. Kazımlı isə çıxışında Azərbaycanın hazırkı inkişafı, aparılan uğurlu siyasətin qələmə alınmasının və təbliğinin əhəmiyyətini vurğulayıb: “Biz hamımız birlikdə prezident İlham Əliyevin apardığı siyasətə dəstək verməliyik”.

X. Kazımlı qeyd edib ki, kitaba ön sözü Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov yazıb. İndiyədək kitabın 6 cildi çap olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR