“Mədəniyyət və rəqəmsallaşmanın mübadiləsi üzrə birinci platforma - Bakı konfransı” keçirilir - VİDEO - FOTOSESSİYA

“Mədəniyyət və rəqəmsallaşmanın mübadiləsi üzrə birinci platforma - Bakı konfransı” keçirilir - <span style="color: red;">VİDEO  - <span style="color: red;">FOTOSESSİYA
# 04 iyul 2014 10:44 (UTC +04:00)

Tədbirdə Avropa Mədəniyyət Konvensiyasının iştirakçı dövlətlərinin hökumət nümayəndələri, mədəni institutları və peşəkar birliklərinin nümayəndələri, tədqiqatçıları və vətəndaş cəmiyyətinin üzvlərindən ibarət 100-dən çox nümayəndə iştirak edir.

Konfransda çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, mədəniyyət sahəsində rəqəmsallaşma böyük maraq kəsb edir: “Bu konfrans bizə imkan yaradır ki, bütün mədəniyyət ocaqlarına istiqamət verən proqram hazırlayaq və təqdim edək. Bu mövzu olduqca aktual bir mövzudur. Əfsuslar olsun ki, mədəniyyət sahəsində internetin imkanlarından, rəqəmsallaşmadan istənilən səviyyədə istifadə olunmur. Bu istiqamətdə biz işlər aparırıq və inanıram ki, ciddi nəticələrə nail olacağıq. Qeyd edim ki, 26 istiqamət üzrə rəqəmsallaşma həyata keçiriləcək”.

Avropa Şurasının Demokratik İdarəçilik və Mədəni Müxtəliflik üzrə Direktoru Klaudia Luçiani bildirib ki, konfrans ötən il Moskvada keçirilən tədbirin davamıdır: “Ötən il olduğu kimi, bu il də biz rəqəmsal aləmin mədəniyyət sahəsinə nə cür təsir göstərdiyini araşdıracağıq. Biz rəqəmsal mədəniyyətlə Avropada yaşayan xalqları bir araya gətirməliyik. Mədəniyyət bu sahədə əsas vasitədir”.

Mədəniyyət, İrs və Landşaft üzrə Rəhbər komitənin sədr müavini Kimmo Aulake qeyd edib ki, komitənin nəzdində yaradılan işçi qrupu informasiya cəmiyyətinə mədəniyyətin təsiri ilə bağlı mövzunun araşdırmalarını davam edir: “Rəqəmsallaşma dünyada böyük sürətlə gedir və bütün ölkələr mədəni siyasətində rəqəmsallaşmanı həyata keçirmək istəyir”.

Qeyd edək ki, tədbir çərçivəsində iştirakçılar üçün xüsusi mədəni proqram hazırlanıb. Bu proqram çərçivəsində qonaqların Bakı şəhərində və onun ətrafında yerləşən mədəni abidələrə ziyarəti və axşam konserti təşkil olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR