Toydan qayıdan sərxoş sürücü qəza törədib, bir nəfər ölüb, dörd nəfər yaralanıb - YENİLƏNİB

Toydan qayıdan sərxoş sürücü qəza törədib, bir nəfər ölüb, dörd nəfər yaralanıb  - <span style="color: red;">YENİLƏNİB
# 20 aprel 2013 09:22 (UTC +04:00)

Baş Dövlət Yol Polisi İdarəsinin tədqiqatçısı Azər Həsənovun APA-nın qərb bürosuna verdiyi məlumata görə, hadisə Qazax rayonunun Ağköynək kəndi ərazisində baş verib.

31 yaşlı İbrahim İbrahimzadə idarə etdiyi “VAZ-2106” markalı avtomobili qarşıdan gələn “Suzuki” markalı avtomobilə çırpıb.

Hadisə nəticəsində “VAZ-2106”-da olan sərnişinlər Mahmud Nəsibov, Qurban Qaragözov, Əfşan Qaragözova və Leyla İbrahimzadə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

İ. İbrahimzadə isə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

İlkin ehtimala görə, hadisəyə səbəb toydan qayıdan İ. İbrahimzadənin sərxoş vəziyyətdə idarə etdiyi “VAZ-2106”nın qarşıdan gələn “Susuzki”nin yoluna çıxarması olub.

Faktla bağlı araşdırma aparılır.

***

saat 09:33

Bakı – APA. Bakı-Qazax yolunda yol qəzası baş verib. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, aprelin 19-da Bakı-Qazax yolunun 458-ci kilometrliyində - Qazax rayonu ərazisində “İSUZİ” markalı yük avtomobili və “VAZ” markalı minik avtomobili toqquşub.

Dərhal FHN-in müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olun ki, “İSUZİ” markalı yük avtomobilin sürücüsü və “VAZ” markalı minik avtomobilinin iki sərnişini xilasedicilər çatana qədər yaralı vəziyyətdə xəstəxanaya aparılıb, o cümlədən “VAZ” markalı avtomobilin iki sərnişini xəsarət alıb və deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb.

Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə yaralıları avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR