® “Hyundai” Avropa bestsellerini Azərbaycan mediasına təqdim edib - FOTO

<font color=red>® </font>“Hyundai” Avropa bestsellerini Azərbaycan mediasına təqdim edib - <span style="color: red;">FOTO
# 22 aprel 2013 07:38 (UTC +04:00)

APA-Economics”in xəbərinə görə, xarici görünüşü tamamilə dəyişən “Hyundai i30” daha müasir və daha sportiv eksteryer dizaynına malikdir. Bu dizayn yeniliyi fara və qapı tutacaqlarının forma və işlənməsindən tutmuş, təkərlərin 16 düymlük lehimli disklərinədək hiss olunur.

Bütöv şüşə tavan və lyuk avtomobilə lüks görünüş verir. Əlavə stop işıqları, LED işıqlar lazımlı yeni elementlərdir, arxa duman əleyhinə faralar isə sinfinə xas olmayan yenilikdir. Avtomobilin interyeri daha geniş və rahatdır. Sol ayağın rahatlığı üçün sürüşməyən ayaqaltı, əyləc pedalının yeni görünüşü kimi xırda detallarla yanaşı, avtomobilin bütün komandasını sürücünün əlində saxlayan çoxfunksiyalı sükan kimi vacib yeniliyi var. Bort kompüter, audio sistem, bluetooth və avtopilot, ön və arxa şüşətəmizləyənlər teleskopik və qızdırılan sükandan idarə edilir. Digər əhəmiyyətli yenilik isə 2 zonalı klimat kontrol sistemidir.

“Hyundai i30”un müasirliyini multimedia sistemi bir daha göstərir. Müxtəlif qadcet - ipod, USB keçidləri kiçik, amma xoş sürprizlərdir. Parkinq sensorlarının idarə olunması üçün əlavə düymə sürücünü istəmədiyi səs-küydən azad edir.

“Hyundai i30” sinfinin ən təhlükəsiz avtomobillərindən sayılır. Avtomobil ötən il “Euro NCAP”da 5 ulduz alıb. i30 sinfində uşaqların təhlükəsizliyi kateqoriyasında ən yüksək - 90% göstərici nümayiş etdirib. Böyüklərin təhlükəsizliyi kateqoriyasında da avtomobilin göstəricisi eynidir. Erqonomik oturacaqlar və aktiv başaltlıqları arxa toqquşmalar zamanı zədələnmələrdən qoruması ilə yüksək qiymətləndirilir.

Yeni nəsil “Hyundai i30” bir sıra mükafatlara layiq görülüb. Təkcə Böyük Britaniyada “Ən yaxşı qiymətə Heçbək”, “İlin avtomobili”, “Ən yaxşı ailə avtomobili” adları alıb.

Yeni nəsil “Hyundai i30”un ideya və dizaynı brendin Almaniyanın Rüsselsheim şəhərindəki Avropa Araşdırma və İnkişaf Mərkəzində hazırlanıb, istehsalı isə Çexiyadakı zavoduna aiddir.

“Hyundai” markasını Azərbaycanda “Auto Azərbaycan” şirkəti təmsil edir. Azərbaycan avtomobil bazarının liderlərindən sayılan “Auto Azərbaycan” 17 ildir ki, yüksək servis səviyyəsi, orijinal ehtiyat hissələri və etibarlı zəmanət təklifi ilə müştəriləri arasında etibar qazanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR