Suriya paytaxtında baş verən partlayış nəticəsində azı 53 nəfər ölüb

Suriya paytaxtında baş verən partlayış nəticəsində azı 53 nəfər ölüb
# 21 fevral 2013 15:48 (UTC +04:00)

APA-nın “France Presse” agentliyinə istinadən verdiyi məlumata görə, hakimiyyətdəki BƏƏS Partiyası Mərkəzi Komitəsinin binasının yerləşdiyi İmam meydanının girişində kamikadze-terrorçu içinə bomba yerləşdirilmiş avtomobili partladıb. Nəticədə 400 metr radiusda yerləşən binalara ciddi zərər dəyib, çoxlu sayda avtomobil zərər çəkib. Partlayış baş verən yerdə 3 metrlik iki çuxur əmələ gəlib.

Suriya xüsusi xidmət orqanları partlayan avtomobildə 1 tona yaxın partlayıcı olduğunu bildiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR