İsrail səfiri: “Özəl şirkətlərimizin Azərbaycana çox böyük marağı var”

İsrail səfiri: “Özəl şirkətlərimizin Azərbaycana çox böyük marağı var”
# 15 aprel 2013 15:59 (UTC +04:00)

APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə İsrailin Azərbaycandakı səfiri Rafael Harpaz verib.

Səfir qeyd edib ki, iki ölkə arasında yüksək ticarət əlaqələri mövcuddur və bu əlaqələr daim genişlənir.

Səfir vurğulayıb ki, İsrailin özəl şirkətlərin Azərbaycana çox böyük maraqları var. “İki ölkənin ticarət dövriyyəsi üç milyard dollara bərabərdir. İqtisadi münasibətlərdə əməkdaşlıq su təsərrüfatı, səhiyyə, informasiya kommunikasiya texnologiyaları və kənd təsərrüfatı sahələrini əhatə edir”.

Diplomat qeyd edib ki, İsrail ticari əlaqələrinin daha da artırılması üçün səylər göstərir: “İsrail son vaxtları quruda qaz ehtiyatları kəşf edib və bu sahədə Azərbaycanın təcrübəsindən yaralanmaq niyyətindədir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR