SKMF xətti ilə indiyədək Aran iqtisadi rayonunun sahibkarlarına 404 mln. manatdan artıq kredit verilib

SKMF xətti ilə indiyədək Aran iqtisadi rayonunun sahibkarlarına 404 mln. manatdan artıq kredit verilib
# 20 noyabr 2014 12:37 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu gün sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair növbəti işgüzar forum Göyçay rayonunun Ulaşlı Şıxlı kəndində keçirilib.

İqtisadiyyat və Sənaye Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, forumda 80-ə yaxın sahibkarın iştirak edib.

Sahibkarlığa Kömək Milli Fondunun şöbə müdiri Samir Hümbətov bu il ərzində ölkə üzrə 4 968 sahibkara 262,9 mln. manat güzəştli kredit verilib. O bildirib ki, bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 10 800-ə yaxın yeni iş yerinin yaradılmasına imkan verir.

S. Hümbətov qeyd edib ki, ümumilikdə, indiyədək Aran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 9 113 investisiya layihəsinin maliyyələşdirilməsinə 404,3 mln. manat güzəştli kredit verilib: “Digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan logistika mərkəzlərinin, quşçuluq fabriklərinin, çörək zavodlarının, üzümçülük, intensiv bağçılıq, tingçilik, toxumçuluq, istixana təsərrüfatlarının, meyvə-tərəvəz emalı, ət, süd emalı, quru meyvə, tikinti materialları istehsalı müəssisələrinin yaradılması və s. sahələr üzrə investisiya layihələri maliyyələşdirilib, 32 000-dən çox yeni iş yerinin açılması imkanı yaradılıb”.

İşgüzar forum çərçivəsində Göyçay və ətraf rayonlardan olan 56 sahibkara 768,5 min manat güzəştli kredit verilib. Verilmiş kreditlər heyvandarlıq, əkinçilik və s. sahələrin inkişafına yönəldiləcək. Bu kreditlərin reallaşdırılması hesabına 80-dən çox yeni iş yerinin açılması mümkün olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR