”Alov” zavodu kiçik günəş panellərinin istehsalına başlayacaq

”Alov” zavodu kiçik günəş panellərinin istehsalına başlayacaq
# 26 sentyabr 2014 10:56 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov – APA. Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin (MSN) ”Alov” zavodu müxtəlif məqsədlər üçün istifadə olunan kiçik günəş panelləri istehsalına başlayacaq. Bu barədə APA-ya zavodun direktoru Kamal Əsgərov məlumat verib.

K. Əsgərov bildirib ki, kiçik günəş panellərinə yerli bazarda böyük ehtiyac duyulur: “Bu panellər həm hərbi qurumlarda, həm də mülki şəxslər tərəfindən istifadə oluna bilir. Məsələn, hansısa ərazidə kompüterin, tabletin, mobil telefonların enerji ilə təmin olunmasında onların imkanlarından istifadə oluna bilər”.

Zavod direktorunun sözlərinə görə, açıq satışa təqdim olunacaq panellər A4 vərəqi ölçüsündə olacaq və qatlanaraq çiyin çantasında daşına biləcək.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR