Göyçayda tövlə yanıb, 5 baş heyvan tələf olub

Göyçayda tövlə yanıb, 5 baş heyvan tələf olub
# 19 iyul 2015 21:05 (UTC +04:00)

Bakı – APA. Göyçay rayonunun Yekəxana kəndində vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m olan tövlənin yanar konstruksiyaları və çardağına yığılmış 3 ton ot bağlaması yanıb.

APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, yanğın zamanı tövlədə olan 2 ton arpa, 1 baş iribuynuzlu, 4 baş xırdabuynuzlu heyvan yanaraq tələf olub.

Yaxınlıqdakı ev yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR