Bakıda Koreya vətəndaşlarına qarşı quldurluq edən şəxs tutulub

Bakıda Koreya vətəndaşlarına qarşı quldurluq edən şəxs tutulub
# 14 iyul 2014 10:11 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Bakıda Koreya vətəndaşlarına qarşı quldurluq edən şəxs tutulub.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsi və Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 11-də Koreya vətəndaşları San Sung Gugdan və Tun Tong Hyundan 950 dollar, 600 manat və 3 ədəd telefonu quldurluq yolu ilə almış Bakı şəhər sakini Təhməz Əliyev tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR