Bu il əksər ali məktəblərin plan yerlərinə rus və Azərbaycan dili üzrə müsabiqə birgə aparılmayacaq

Bu il əksər ali məktəblərin plan yerlərinə rus və Azərbaycan dili üzrə müsabiqə birgə aparılmayacaq
# 18 iyul 2014 09:46 (UTC +04:00)

Gülnar Bəşirova - APA. “Builki dəyişikliyə əsasən əksər ali məktəblərin plan yerlərinə rus və Azərbaycan dili üzrə müsabiqə birgə aparılmayacaq”. APA-nın xəbərinə görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat katibi Elnur Nağızadə deyib. O bildirib ki, bəzən abituriyentlər müsabiqə balları ilə keçid ballarını səhv salırlar: “Onlar elə düşünürlər ki, müsabiqə balını keçdimsə, deməli ali məktəbə qəbul ola bilərəm. Təbii ki, bu, səhv fikirdir”.


E. Nağızadənin sözlərinə görə, bəzi hallarda abituriyentlər yazdıqları ali təhsil müəssisəsini sonradan istəmirlər və orada təhsil almaq fikrindən daşınırlar: “Təbii ki, onların qəbul olduqları müəssisələrdə təhsil almaq istəyənlər var. Buna görə də, abituriyentlər ixtisas seçərkən diqqətli olmalıdırlar”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR