Sabah bəzi rayonlarda qaz təchizatı məhdudlaşdırılacaq

Sabah bəzi rayonlarda qaz təchizatı məhdudlaşdırılacaq
# 29 sentyabr 2015 16:04 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Sabah Ağdaş, Qazax və Astara Magistral qaz kəmərləri sahələrində cari təmir işləri aparılacaq

SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, sentyabrın 30-da saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Ağdaş Magistral qaz kəmərləri sahəsinin ''Ucar'' ,“Lək” və “Zərdab”, Qazax Magistral qaz kəmərləri sahəsinin “Çinarlı”, Astara Magistral qaz kəmərləri sahəsinin “Ərçivan” qazpaylama stansiyalarında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

Təmir müddətində Astara rayonunun Ərçivan, Alaşa, Şovaş, Artopa və Kişab, Şəmkir rayonun Çinarlı kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq. Aparılan işlərin Ucar və Zərdab rayonlarının bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR