Azərbaycan və Çexiya arasında enerji sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu hazırlanacaq

Azərbaycan və Çexiya arasında enerji sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu hazırlanacaq
# 29 may 2015 12:26 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Çexiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vitezslav Pivonka Energetika Nazirliyində olub.

Nazirlikdən “APA-Economics”ə verilən xəbərə görə, energetika naziri Natiq Əliyevlə keçirilən görüşdə enerji sahəsində əməkdaşlıq, qazın nəqli, elektrik enerjisinin istehsalı məsələləri müzakirə edilib. Avropanın enerji təhlükəsizliyinə Azərbaycanın təbii qaz ixracatçısı olaraq verəcəyi töhfələrdən söz açılıb.

Bildirilib ki, “Şahdəniz” yatağının işlənməsi ölkəmizin dünyada təkcə neft ixracatçısı kimi deyil, həmçinin təbii qaz istehsalçısı kimi tanınmasını təmin edib. Azərbaycan qazının Avropa ölkələrinə nəqli məqsədi daşıyan Trans-Anadolu (TANAP) və Trans-Adriatik (TAP) qaz boru layihələrinin beynəlxalq dəstək qazandığı vurğulanıb.

Görüşdə Energetika Nazirliyi ilə Çexiyanın Sənaye və Ticarət Nazirliyi arasında enerji sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumunun hazırlanması təklifi irəli sürülüb. Memorandumun Çexiya prezidentinin sentyabrda Azərbaycana səfəri zamanı imzalanacağı gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR