“DəmirBank” müştərilərinə manat əmanətlərindən qısa müddətdə yüksək gəlir əldə etməyi təklif edir

“DəmirBank” müştərilərinə manat əmanətlərindən qısa müddətdə yüksək gəlir əldə etməyi təklif edir
# 28 aprel 2015 12:16 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. “DəmirBank” müştərilərinə manat əmanətlərindən qısa müddətdə yüksək gəlir əldə etməyi təklif edir.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, “DəmirBank” manat əmanətləri üzrə illik faiz dərəcələrini artırıb ki, bu da müştərilərə 3 aya 10%, 6 aya isə 12% gəlir əldə etməyə imkan yaradır.

Manat əmanətlərindən yüksək gəlir əldə etmək üçün bankın istənilən filialında əmanət hesabı açdırmaq mümkündür. Bunun üçün istənilən şəxs minimum 100 manat ilkin mədaxil edərək əmanət hesabı açdıra bilər.

Qeyd edək ki, əmanətləri manatla yanaşı, ABŞ dolları valyutasında da yerləşdirmək mümkündür.

“DəmirBank” Əmanətlərin Sığortalanması Fondunun üzvüdür. Bu isə “Əmanətlərin sığortalanması haqqında” Qanununun şərtlərinə müvafiq olaraq əhalinin “DəmirBank”da yerləşdirdiyi əmanətlərinin sığortalanmasını təmin edir. Hazırda isə qorunan əmanətlər üzrə faiz dərəcəsinin yuxarı həddi 12%, kompensasiya məbləği isə 30 000 manat təşkil edir.

Ölkənin ilk kommersiya banklarından biri olan “DəmirBank” 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan “Avropa Yenidənqurma və İnkişaf Bankı” və “Hollandiya İnkişaf Maliyyə Şirkəti” (FMO) daxildir. “DəmirBank” həmçinin “Fitch Ratings” beynəlxalq qiymətləndirmə agentliyinin “stabil”, “Planet Rating” agentliyinin isə “pozitiv” proqnozlu “B” reytinqlərinə malikdir.

Bankla əlaqə saxlamaq üçün:

Məlumat Mərkəzi : (012) 149

http://www.demirbank.az/?/az/

www.facebook.com/demirbank.az

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR