Türkiyə səfiri: “Biz şəxsi məlumatları müdafiə etməli, fundamental hüquqlara diqqətlə yanaşmalıyıq”

Türkiyə səfiri: “Biz şəxsi məlumatları müdafiə etməli, fundamental hüquqlara diqqətlə yanaşmalıyıq”
# 13 aprel 2015 07:31 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. “Müasir dövrdə kiberməkan fəaliyyətlərimizin arxasında duran onurğa sütunudur”.

APA-nın məlumatına görə, bunu Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun deyib. O bildirib ki, sosial şəbəkələr, bank ödəmələri, yazışmalar açıq rəqəmsal şəbəkələri tələb edir: “Qlobal miqyasda hamı razıdır ki, birlikdə işləməliyik. Dövlət və özəl sektorun bu sahədə əməkdaşlığı çox vacibdir. Biz şəxsi məlumatları müdafiə etməli, fundamental hüquqlara diqqətlə yanaşmalıyıq. Türkiyə çalışır ki, bu məsələləri milli səviyyədə həll etsin. Son dövrlər kiber təhlükəsizliyə təhdidlər güclüdür. Müntəzəm olaraq bu təhdidlər inkişaf edir. Hər bir şəxs bundan daha çox xəbərdar olmalıdır".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR