İran hər üç aydan bir nüvə proqramı barədə məruzə verəcək

İran hər üç aydan bir nüvə proqramı barədə məruzə verəcək
# 07 aprel 2015 23:16 (UTC +04:00)

APA-nın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, bu barədə AEBA-nın rəhbəri Yukiya Amano CNN telekanalına müsahibəsində bildirib.

“İran nüvə proqramı barədə bəyannaməni hər üç aydan bir yeniləməyə borcludur”, deyə Yukiya Amano bildirib.

Amanonun sözlərinə görə, əgər AEBA əməkdaşları ziddiyyət aşkarlayarsa, yaxud onlarda şübhə yaranarsa, onlar obyektə daxil olmaq üçün sorğu verə bilərlər və İran bunu təmin etməlidir.

AEBA rəhbəri həmçinin qeyd edib ki, təşkilat əməkdaşları obyektə gəlməzdən iki saat əvvəl səfəri ilə bağlı İran tərəfinə sorğu verə bilər. Əvvəlki razılaşmaya əsasən, AEBA analoji sorğunu İran tərəfinə 24 saat əvvəl verməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR