Qohumlarını qətlə yetirməkdə təqsirləndirilən qardaşların şikayəti əsasında məhkəmə başlayıb

Qohumlarını qətlə yetirməkdə təqsirləndirilən qardaşların şikayəti əsasında məhkəmə başlayıb
# 09 iyul 2015 08:19 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Apellyasiya Məhkəməsində qətldə təqsirləndirilən Nahid, Əziz və Cahid Qədəşov qardaşlarının apellyasiya şikayətləri əsasında məhkəmə prosesi başlayıb.

APA-nın məlumatına görə, ilkin baxış iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə proses iyulun 21-də davam etdiriləcək.

Qeyd edək ki, ötən ilin avqustun 25-də Xəzər rayon Şağan qəsəbəsində yaşayan Ülkər Abdullayeva, Tərlan Abdullayev, onun övladı Rəhman Abdullayev bıçaqlanıb. Onlar ağır vəziyyətdə Sabunçu xəstəxanasına yerləşdiriliblər. Həkimlərin səyinə baxmayaraq Ülkər Abdullayev dünyasını dəyişib. İstintaq araşdırması zamanı cinayətin Nadir, Əziz və Cahid Qədəşovlar tərəfindən törədilməsi müəyyən edilib. O da məlum olub ki, qardaşlarla həmin şəxslər qohum olublar.


Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Nahid Qədəşov 19 il, Əziz Qədəşov 19 il, Cahid Qədəşov isə 10 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apellyasiya şikayəti veriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR