Nazim İbrahimov Albaniyanın sabiq prezidenti ilə görüşüb

Nazim İbrahimov Albaniyanın sabiq prezidenti ilə görüşüb
# 30 oktyabr 2014 12:42 (UTC +04:00)

Komitənin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə 2015-ci ildə Bakıda keçiriləcək III Qlobal Müştərək Cəmiyyətlər Forumuna hazırlıqlar, Forumda müzakirə ediləcək mövzular, dəvət ediləcək qonaqlar və sair haqda fikir mübadiləsi aparılıb.

Söhbət zamanı Forumun əhəmiyyəti xüsusi vurğulanıb və bildirilib ki, tədbir Azərbaycan, bölgə, eləcə də Avropa məkanı üçün vacib və önəmli hadisədir. Müzakirələrdə artıq üçüncüsü keçiriləcək beynəlxalq forumun dünyada baş verən siyasi proseslərin, münaqişələrin qarşılıqlı əməkdaşlıq və dialoq yolu ilə həllinə öz real töhfəsini verdiyinə inam ifadə olunub. Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun əməkdaşlığı çərçivəsində baş tutan forumun Azərbaycanın dünyada, beynəlxalq arenada nüfuzunun möhkəmləndirilməsində, siyasi dialoqa, beynəlxalq hüquq normalarına dəyər verən bir ölkə kimi tanıdılması istiqamətində böyük rol oynaması da görüşdə vurğulanan məqamlardan olub. Görüşdə Madrid Klubu, dünyanın digər nüfuzlu təşkilatları ilə əməkdaşlıq məsələləri, yeni birgə layihələrin həyata keçirilməsi, həmçinin Albaniya ilə Azərbaycan arasında diaspor fəaliyyəti istiqamətində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

R.Meydani Azərbaycana səfəri çərçivəsində ölkənin digər rəsmi qurumlarında da bir sıra görüşlər keçirib, Azərbaycan Dillər Universitetində mühazirə oxuyub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR