AKP millət vəkili: “Erməni məsələsində Türkiyəyə təzyiq göstərmək mümkün deyil” - MÜSAHİBƏ

AKP millət vəkili: “Erməni məsələsində Türkiyəyə təzyiq göstərmək mümkün  deyil” - <span style="color: red;">MÜSAHİBƏ
# 27 sentyabr 2014 08:34 (UTC +04:00)

Ankara. Mayis Əlizadə - APA. Ədalət və İnkişaf Partiyasının (AKP) Van millət vəkili, TBMM Xarici işlər komissiyasının üzvü Burhan Kayatürkün APA-ya müsahibəsi

- 2015-ci ildə Türkiyəyə qarşı uydurma “erməni soyqırımı”nın 100-cü ildönümü ilə əlaqədar təzyiqlər gözlənilir. Bununla bağlı komissiyanız hansı işləri görməkdədir?

- “Erməni soyqırımı” iddiaları ilə bağlı Türkiyənin mövqeyi partiyamız iqtidara gəldiyi gündən bəllidir: biz dünyanın bütün kürsülərindən dəfələrlə demişik ki, tarixə dair məsələlərdə parlamentlər qərar qəbul edə bilməz. Osmanlı imperiyasının son dönəmlərində vətəndaşlarımızın bir qismi torpaqlarımızın bir guşəsindən başqa guşəsinə köçürülüb. Əlbəttə, heç bir insanın öz yurd-yuvasını tərk etməsini heç kim istəməz. Ancaq o günkü şərtlərdə baş vermiş hadisələrlə bağlı bu gün parlamentlərin qərar qəbul etməsi doğru deyil. Bu məsələdə Türkiyə tamamilə özünə güvənən bir ölkədir: biz arxivlərimizin hamısını açmışıq, başqa ölkələrdən də bunu tələb etdik. Ancaq bir çox ölkə bu işə qol qoymadı. Mən yaxın keçmişə qədər AŞPA-dakı Türkiyə nümayəndə heyətinin üzvü idim. Türk millət vəkillərinin verdiyi təklifə əsasən AŞPA “erməni soyqırımı” iddialarıyla bağlı tövsiyə qərarı qəbul etdi. O qərarda da tarixi hadisələrin parlamentlər tərəfindən deyil, tarixçi elm adamları tərəfindən dəyərləndirilməsi tövsiyə edilib. Türkiyə xoş niyyət göstərərək Ermənistanla münasibətlərini “normallaşdırmaq” istədi, diaspora ermənilərinin də təzyiq və təhdidiylə Ermənistan Konstitusiya Məhkəməsi prosesi dayandırdı. Ermənistanda xalq çətin maddi vəziyyətdə yaşayır, ancaq diaspora erməniləri öz mənafeləri naminə Türkiyəyə düşmən münasibəti daima qızışdırır. Ermənistan Türkiyəyə qarşı iddialarından vaz keçmədiyi kimi, dost və qardaş Azərbaycanın torpaqlarını da uzun müddətdən bəri işğal altında saxlayır.

- Ermənistanla münasibətlərin normallaşması üçün Azərbaycan torpaqlarının erməni işğalından qeydsiz-şərtsiz azad edilməsi Türkiyənin bir neçə şərti arasındadır. Türkiyənin bu şərtdən vaz keçməsi hansısa vəziyyətdə mümkündürmü?

- Türkiyə bölgədə sülh və əmin-amanlıq istəyən ölkədir. Biz istər öz torpaqlarımızda, istər Balkanlarda, istər Orta Şərqdə heç kimə qarşı “soyqırım” tətbiq etməmişik. Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından çıxsa və bu iki ölkə öz aralarındakı problemi həll etsə, Türkiyə buna sadəcə, sevinər. Başqa heç bir şərt və şərait Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından qeydsiz-şərtsiz çıxması üçün Türkiyənin mövqeyində dəyişiklik yarada bilməz. Biz dost və qardaş Azərbaycanın bu istiqamətdəki haqlı mübarizəsinə həmişə dəstək verəcəyik. Azərbaycan faktoru Türkiyə üçün həmişə vazkeçilməzdir.

- Son illərdə müxtəlif ölkə parlamentlərinin Türkiyəyə qarşı “soyqırım” qərarlarını görmürdük. Ancaq 9 sentyabrda Yunanıstan parlamenti qərar qəbul etdi. Bundan sonrakı dönəmdə “soyqırım” qərarı qəbul etmiş ölkələrə qarşı hansı tədbirləri görəcəksiniz?

- Bir daha təkrar edirəm: heç bir ölkənin qərarı Türkiyənin mövqeyində dəyişikliyə yol aça bilməz. Artıq Türkiyəyə təzyiq göstərmək mümkün deyil. Biz ata-babalarımızın soyqırım yapmadığına əminik. Bundan sonrakı dönəmdə Türkiyəyə qarşı haqsız qərarlar qəbul etmiş ölkələrin siyasətçiləriylə tez-tez görüşüb onları məlumatlandıracağıq. Arxivlərimiz açıqdır, istəyən hər kəs gəlib çalışa bilər. Əminəm ki, əvvəl-axır bu iş dünyanın mötəbər tarixçilərinin daxil olduğu komissiyaya həvalə ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR