Bakı-APA. Çin 20 xarici vətəndaşı terror və dini ekstremizmi təbliğ edən video çarxlara baxdıqlarına görə ölkədən deportasiya edib. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə Çin XİN-nin məlumatında bildirilir.
Məlumata görə, xarici vətəndaşlar qadağan olunmuş videoya qaldıqları oteldəki otaqların birində baxırmışlar.
Saxlanılanlar arasında CAR, Böyük Britaniya və Hindistan vətəndaşları var. Onlar təqsirli olduqlarını etiraf ediblər.