ARDNŞ qaz hasilatının bir ildə 2,5% azaldıb

ARDNŞ qaz hasilatının bir ildə 2,5% azaldıb
# 22 sentyabr 2014 14:00 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin avqust ayında Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) tərəfindən 567,5 min kubmetr qaz hasil edilib.

APA-Economics”in ARDNŞ-in statistik rəqəmlərinə istinadən verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,5% azdır.

Qeyd edək ki, bu ilin yanvar ayında bu rəqəm 691,5 min kubmetr, fevralda 624,5 min kubmetr, mart ayında isə 680,8 min kubmetr, apreldə 654,9 min kubmetr, mayda 608,5 min kubmetr, iyun ayında isə 561,2 min kubmetr, iyul ayında isə 575,1 min kubmetr qaz təşkil edib. Bu ilin yanvar-avqust aylarında isə ARDNŞ tərəfindən isə ümumilikdə 4 964,0 min kubmetr hasil edilib. Bu, ötən ilin analoji dövrünün göstəricisindən 4,3 çoxdur.

Ümumilikdə avqust ayında ölkə üzrə 2 471 min kubmetr qaz hasil edilib ki, bu da ötən ilin eyni ayı ilə müqayisədə 2,7% çoxdur.

Bu ilin yanvar ayında ölkə üzrə 2 690 min kubmetr, fevralda 2 393 min kubmetr, mart ayında 2 594 min kubmetr, apreldə 2 622,7 min kubmetr, mayda 2 649 min kubmetr, iyun ayında isə 2 442 min kubmetr, iyul ayında isə 2 573 min kubmetr qaz hasil edilib.

Ümumilikdə bu ilin yanvar-avqust aylarında 20 435,3 min kubmetr qaz hasil edilib ki, bu da 2013-cü ilin 8 ayı ilə müqayisədə 0,88% azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR