Dövlət Gömrük Komitəsinin sədri Naftalanda vətəndaşları qəbul edəcək

Dövlət Gömrük Komitəsinin sədri Naftalanda vətəndaşları qəbul edəcək
# 19 dekabr 2014 07:49 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev dekabrın 26-da Naftalan şəhərində Heydər Əliyev Mərkəzində (Şıxəli Qurbanov küç. 01) bu bölgədən olan vətəndaşları qəbul edəcək.

Komitədən “APA-Economics”ə verilən məlumata görə, qəbul zamanı bölgədə yerləşən rayonların - Naftalan, Göygöl, Goranboy, Bərdə, Tərtər rayonlarının sakinlərinin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.

Qəbulda iştirak etmək istəyən vətəndaşlar dekabrın 25-i saat 10:00-dək “192” Çağrı Mərkəzi, Dövlət Gömrük Komitəsi (əlaqələndirici şəxs – Məmmədova Səbinə Xanlar qızı, əlaqə telefonu: (012) 404-22-00), Gəncə Gömrük İdarəsi (əlaqə telefonu: (022) 259-58-44), Yevlax Gömrük İdarəsi (əlaqə telefonu: (022) 336-44-27) ilə əlaqə saxlayıb qəbula yazıla bilərlər.

Qeyd edək ki, görüş mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR