Putin beynəlxalq “Ağsaqqallar Qrupu”nun nümayəndə heyəti ilə görüşəcək

Putin beynəlxalq “Ağsaqqallar Qrupu”nun nümayəndə heyəti ilə görüşəcək
# 29 aprel 2015 03:58 (UTC +04:00)

“Ağsaqqallar Qrupu” beynəlxalq qeyri formal birliyinə vaxtilə öz ölkələrində və beynəlxalq təşkilatlarda yüksək vəzifələrdə çalışmış görkəmli siyasi və ictimai xadimlər daxildir.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, “Ağsaqqallar Qrupu” Nelson Mandellanın təşəbbüsü ilə 2007-ci ildə yaradılıb. Qrupa 12 müstəqil beynəlxalq səviyyəli xadimlər daxildir. Məlumata görə, qrupun 6 üzvünün Rusiyaya üç gün davam edəcək səfəri zamanı Yaxın Şərq, terrorla mübarizə və BMT-nin islahatı daxil olmaqla xarici siyasətə dair bir sıra məsələlər ətrafında müzakirələr və fikir mübadiləsi aparmaq nəzərdə tutulub. Bu təşkilatın Rusiyaya ilk səfəridir.

Nümayəndə heyətinə BMT-nin keçmiş baş katibi Kofi Annan rəhbərlik edir. Nümayəndə heyətinə, həmçinin, Finlandiyanın sabiq prezidenti Marti Axtisaari, Əlcəzairin keçmiş rəhbəri Lahdar Brahimi, Norveçin sabiq baş naziri Qru Harlem Bruntland, ABŞ və Meksikanın sabiq prezidentləri Cimmi Karter və Ernesto Sedilyo daxildir.

Qeyd edək ki, ötən nümayəndə heyəti Rusiyanın XİN rəhbəri Sergey Lavrov ilə görüşüb. XİN rəhbəri onlara dünyanın müxtəlif regionlardakı vəziyyəti müzakirə etməyi təklif edib və məsələlər ilə bağlı Rusiyanın mövqeyini açıqlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR