Uruqvayda 28 may Respublika Günü və Bakı 2015 Birinci Avropa Oyunları ilə bağlı tədbir keçirilib - FOTO

Uruqvayda 28 may Respublika Günü və Bakı 2015 Birinci Avropa Oyunları ilə bağlı tədbir keçirilib - <span style="color: red;">FOTO
# 27 may 2015 08:53 (UTC +04:00)

Bakı-APA. Azərbaycanın Uruqvay Şərq Respublikasındakı diplomatik missiyası tərəfindən Montevideo şəhərində 28 may Respublika Günü münasibətilə qəbul və Bakı 2015 Birinci Avropa Oyunlarının təqdimatı keçirilib.

Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirdə Uruqvay Şərq Respublikasının xarici işlər naziri Rodolfo Nin Novoa, kənd təsərrüfatı, heyvandarlıq və balıqçılıq naziri Tabare Aquerre, xarici işlər nazirinin müavini Xose Luis Kansela, iqtidar Geniş Cəbhə partiyasının sədri senator Monika Xavier, Uruqvay Gömrüyünün rəhbəri Enrike Kanon, habelə Uruqvay Parlamentinin Senat və Nümayəndələr Palatasının çoxsaylı üzvləri, digər dövlət qurumlarının, siyasi partiyaların, diplomatik korpusun, elmi-akademik, işgüzar dairələrin, mədəniyyət, idman sektorlarının, o cümlədən KİV-in nümayəndələri iştirak ediblər.

Tədbir zamanı çıxış edən Azərbaycanın Argentinadakı, eyni zamanda Uruqvaydakı səfiri Məmməd Əhmədzadə Azərbaycanın son illərdə əldə etdiyi uğurlar, ölkəmizin inkişaf strategiyası, regional proseslərdə və beynəlxalq siyasətdə rolu, ölkəmizdə təşkil olunan beynəlxalq səviyyəli tədbirlər barədə danışıb. Bakı 2015 Birinci Avropa Oyunları barədə də danışan Azərbaycan diplomatı bu oyunların yüksək səviyyədə təşkili məqsədilə ölkəmizdə görülmüş tədbirlər, eləcə də növbəti illərdə Azərbaycanın digər beynəlxalq idman yarışlarına ev sahibliyi edəcəyinə də toxunub. Səfirin çıxışının ardınca Bakı 2015 Birinci Avropa Oyunları ilə bağlı videoçarx nümayiş etdirilib.

Tədbirdə qonaqlara Bakı 2015 Birinci Avropa Oyunları ilə bağlı təbliğat materialları təqdim olunub. Tədbir Uruqvayın və dünyanın ispandilli mətbuat vasitələrinin diqqət mərkəzində olub və tədbirlə bağlı "Teledoce" televiziya kanalı, "Uypress", "Efe", "Agencia ABC", "Diario Las Americas", "Hola Ciudad" və digər çoxsaylı KİV-lərdə aşağıdakı məlumatlar dərc olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR