İqbal Ağazadənin seçicilərlə görüşü davam edir

İqbal Ağazadənin seçicilərlə görüşü davam edir
# 08 iyun 2016 12:16 (UTC +04:00)

Bakı - APA. 90 saylı Ağdaş Seçki Dairəsindən Milli Məclisə təkrar seçkilərdə namizəd İqbal Ağazadənin seçki qərargahı “qapı-qapı təbliğat kampaniyası”nı uğurla davam etdirir.

Seçki qərargahından APA-ya bildirilib ki, hər gün yüzlərlə seçici mobil telefon vasitəsi ilə İ.Ağazadə ilə əlaqə saxlayır. Könüllü olaraq təbliğat kampaniyasına qoşulan yerli sakinlərin sayı günbəgün artır: “Seçicilər qrup və fərdi qaydada İqbal Ağazadə ilə görüşərək ona dəstək ifadə edirlər. İqbal Ağazadəyə dəstək ifadə edənlər arasında çoxlu sayda müxtəlif təbəqənin nümayəndələri var”.


Kampaniya çərçivəsində növbəti ünvan Ağdaş rayonunun Mürsəlli, Yuxarı Ağcayazı, Aşağı Ağcayazı və Dəhnəxəlil kəndləri olub. Sakinlərlə görüşən qərargah üzvləri seçicilərə təbliğat materialları paylayıb, namizədlə bağlı əlavə məlumatlar verib, seçiciləri 18 iyunda seçkidə iştirak etməyə və İqbal Ağazadəyə səs verməyə çağırıblar.

Seçicilər qərargah üzvlərini mehribanlıqla qarşılayıblar, İqbal Ağazadənin parlament fəaliyyəti ilə yaxından tanış olduqlarını bildiriblər: “Qeyd ediblər ki, İqbal Ağazadə ağdaşlıların problemlərini parlamentə qaldıracaq yeganə namizəddir və bu səbəbdən ona səs verəcəklər. Çünki parlament fəaliyyəti zamanı hər zaman seçicilərin problemi ilə maraqlanıb, problemləri parlamentdə qaldırıb və həllinə çalışıb. Təkcə seçildiyi dairədən deyil, bütün bölgələrdən olan müraciətləri cavabsız qoymayıb.

Sakinlər kəndlərdə olan əsas problemlərlə bağlı da qərargah üzvlərini məlumatlandırıb. Bəlli olub ki, hakimiyyət namizədi Cavid Osmanov I müavin olduğu müddətdə bu kəndlərin də problemləri həll olunmayıb, əksinə artıb. Bəzi seçicilər isə ümumiyyətlə Cavid Osmanovu tanımadıqlarını bildiriblər”.

Qeyd edək ki, İ. Ağazadənin “qapı-qapı təbliğat kampaniyası” və namizədin seçicilərlə görüşü davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR