Xaçmazda yolların kənarında aşma təhlükəsi olan 222 ağac var

Xaçmazda yolların kənarında aşma təhlükəsi olan 222 ağac var
# 01 oktyabr 2015 14:26 (UTC +04:00)

Xaçmaz. Vəli Turan – APA. Xaçmaz rayonunda avtomobil yollarının kənarında aşma təhlükəsi olan 222 ağac var. APA-nın şimal bürosunun xəbərinə görə, onların əksəriyyəti Xaçmaz-Quba və Xaçmaz-Xudat avtomobil yollarının kənarında yerləşir. Hər iki magistralda nəqliyyat vasitələrinin hərəkət sıxlığı müşahidə olunur. Sakinlər bu ağacların onların həyatı üçün təhlükəli olduğunu bildirirlər.

5 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsinin ərazi ekologiya və təbii sərvətlər şöbəsinin sektor müdiri Nəsirşah Qaflanovun verdiyi məlumata görə, 222 ağacın kəsilməsi üçün müvafiq rəy verilib, 267 ağacın budanması tövsiyə olunub. Bioloji ömrü başa çatan ağaclardan yalnız 15-20-si kəsilib, bəziləri isə elə təbiət hadisələri nəticəsində aşıb.

N.Qaflanovun sözlərinə görə, yol kənarında əsasan aşma təhlükəsi böyük olan qovaq ağacları üstünlük təşkil edir. Həmin ağaclar 50-55 il öncə əkilib.

Qeyd edək ki, sentyabrın 29-u Xaçmaz rayonunda ağacın minik maşının üstünə aşması nəticəsinə bir nəfər ölüb, bir nəfər isə xəsarət alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR