BANM-nin 17 tələbəsi Prezident təqaüdünə layiq görülüb

BANM-nin 17 tələbəsi Prezident təqaüdünə layiq görülüb
# 22 sentyabr 2015 11:04 (UTC +04:00)

Bakı-APA. Bakı Ali Neft Məktəbinə (BANM) 2015/2016-cı tədris ilində qəbul olan tələbələrin içərisindən 690-700 bal arası yüksək nəticə göstərən tələbələrdən 17 nəfəri Prezident təqaüdünə layiq görülüb. BANM-in İctimaiyyətlə əlaqələr şöbəsibdən APA-ya verilən məlumata görə, 2015/2016-cı tədris ilində ali məktəblərə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Azərbaycan prezidentinin sərəncamına əsasən, BANM-in 17 nəfər tələbəsi bu ada layiq görülüb. Onlardan doqquz nəfəri “Neft-qaz mühəndisliyi”, beş nəfər tələbə “Proseslərin avtomatlaşdırılması mühəndisliyi”, üç nəfəri isə, “Kimya mühəndisliyi” ixtisaslarına qəbul olan tələbələrdir.

Ümumilikdə, bu ilki qəbulda I qrup üzrə 25 Prezident təqaüdçüsündən 17-si hazırda BANM-də oxuyur.

Qeyd olunub ki, ötən tədris ilində də BANM-yə qəbul olan tələbələrdən 17 nəfəri Prezident təqaüdünə layiq görülüb. Bununla yanaşı, 2015/2016-cı tədris ilində TQDK-nın ali məktəblərə keçirdiyi qəbulda BANM üzrə ümumi minimal bal 659, ümumi orta bal isə 676 olub. Bu nəticə respublika üzrə ən yüksək nəticədir, hər üç ixtisas üzrə ötən illərə nisbətən bütün göstəricilərdə dinamika müşahidə olunub. I qrup üzrə keçirilmiş test imtahanlarında 700 bal toplayan 7 tələbədən üçü BANM-yə qəbul olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR