Ukrayna tərəfi separatçılar tərəfində döyüşənlər arasında azərbaycanlıların olduğunu bəyan edib

Ukrayna tərəfi separatçılar tərəfində döyüşənlər arasında azərbaycanlıların olduğunu bəyan edib
# 24 iyul 2014 08:28 (UTC +04:00)

Bakı-APA. Ukraynanın Luqansk vilayətində gedən döyüşlərdən sonra 18 silahlı əsir götürülüb.

APA-nın məlumatına görə, bunu “Azadlıq Radiosu”na açıqlamasında “Şimal” operativ komandanlığının mətbuat katibi Anatoliy Proşin deyib.

O bildirib ki, əsir düşənlərin əksəriyyəti Rusiya vətəndaşlarıdır – ruslar, çeçenlər və bir osetin.

A .Proşin onların arasında azərbaycanlıların və bir nəfər Serbiya vətəndaşının olduğunu da əlavə edib.

“Silahlırar düşünürdülər ki, ukraynalı əsgərlər onları öldürəcəklər. Lakin dindirmədən sonra məhkəməyə aparılanda, təəccübləndilər”, - deyə o vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR