“İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi” kitabı ispan dilinə tərcümə olunacaq

“İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi” kitabı ispan dilinə tərcümə olunacaq
# 24 iyun 2015 08:14 (UTC +04:00)

AMEA-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, institutun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudovla görüş zamanı Latın Amerikası ölkələrində, o cümlədən Meksika, Kosta Rika, Qvatemala, Kolumbiya, Panama və Peruda ermənilərin apardığı antiazərbaycan kampaniyasına qarşı tarixçi alimlərin informasiya mübarizəsi məsələləri müzakirə olunub.

Görüşdə “İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi” kitabının və İrəvan xanlığı tarixinə həsr olunmuş bir sıra broşürlərin ispan dilinə tərcümə olunaraq Latın Amerikası ölkələrində yayılması qərara alınıb.

İ. Muxtarov Tarix İnstitutunun ispan dilinə tərcümə olunması nəzərdə tutulan kitabları ilə tanış olub və onların tərcümə olunub yayılması ilə bağlı bir sıra elmi-təşkilati məsələlər nəzərdən keçirilib.

Qeyd olunan əsərlərin ispan dilində nəşrə hazırlanması və digər mühüm məsələlərin Tarix İnstitutunda həyata keçirilməsi barədə razılıq əldə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR