Barak Obama Avropada NATO qüvvələrinə yeni komandan təyin edib

Barak Obama Avropada NATO qüvvələrinə yeni komandan təyin edib
# 29 mart 2013 01:50 (UTC +04:00)

Bakı-APA. ABŞ prezidenti Barak Obama Avropada NATO-nun birləşmiş qüvvələrinin komandanı vəzifəsinə ABŞ Hərbi-Hava Qüvvələrinin generalı Filip Bridlavın namizədliyini irəli sürüb.

Təyinat Şimali Atlantik alyansın 28 üzv dövlətlərinin daimi nümayəndələri tərəfindən təsdiqlənib.

General Filip Bridlav hal-hazırda ABŞ-ın Avropada və Afrikadakı Hərbi-Hava Qüvvələrinin komandanıdır.

Ağ Ev bir müddət əvvəl bu vəzifəyə general Con Alleni təyin etmək niyyətində idi, lakin o keçən ay yoldaşının səhhəti ilə bağlı istefaya getmək qərarı verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR