BMT Təhlükəsizlik Şurası İsrail və Fələstini atəşkəsə çağırıb

BMT Təhlükəsizlik Şurası İsrail və Fələstini atəşkəsə çağırıb
# 12 iyul 2014 22:58 (UTC +04:00)

Bakı-APA. BMT Təhlükəsizlik Şurası İsrail və Fələstini atəşkəsə çağırıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, TŞ bəyanatda dinc əhalinin təhlükəsizliyi ilə bağlı ciddi narahat olduğunu qeyd edib.

“BMT Təhlükəsizlik Şurasının üzvləri münaqişə tərəflərini gərginliyi azaltmağa, sabitliyi bərpa etməyə və 2012-ci ildə əldə olunmuş atəşkəs haqqında sazişin tələblərinə riayət etməyə çağırıb”, deyə BMT TŞ-nin bəyanatında qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR