Türkiyə prezidenti: “Ölkəmizin müdafiə sənayesi sahəsində son 12 ildə əldə etdiyi nəticələr uğur dastanıdır”

Türkiyə prezidenti: “Ölkəmizin müdafiə sənayesi sahəsində son 12 ildə əldə etdiyi nəticələr uğur dastanıdır”
# 16 mart 2015 13:59 (UTC +04:00)

Bakı. Ağa Cəfərli - APA. “Şəhidlərimizin, qazilərimizin bizim üçün qoyub getdiyi gözəl mirasa sahib çıxdıq, çıxmağa da davam edəcəyik. Amma şəhidlərimizin, qazilərimizin əmanətinə sayğı göstərmək quru sözlə olmur”.

APA-nın Anadolu xəbər agentliyinə istinadən verdiyi xəbərə görə, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident Sarayında təşkil olunan, şəhid ailələrinin, müharibə veteranlarının də iştirak etdiyi dövlət medallarının təqdim olunması mərasimində deyib.

Rəcəb Tayyib Ərdoğan bildirib ki, şəhidlərin qoyduğu mirasa sahib çıxmaq üçün işləmək, istehsal etmək, Türkiyəni irəli aparmaq lazımdır: "Türkiyənin müdafiə sənayesi sahəsində son 12 ildə əldə etdiyi nəticələr bir uğur dastanıdır. Biz hərbi gəmilər, təyyarələr, helikopterlər, mərmilər, tanklar, silahlar istehsal edirik. Başqaları kimi sözlə deyil, əməli işlə Türkiyəyə xidmət edirik. Türkiyəyə sahib çıxmağı davam etdirəcəyik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR